Türk dövlətlərinin ortaq himni hazırlanacaq | Icma.az
Icma.az bildirir, Sonxeber.az portalına istinadən. Türk dövlətlərinin ortaq himni hazırlanacaq Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin o
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, bu barədə layihənin rəhbərlərindən olan professor Erhan Özden açıqlama
O, himnin yaxın zamanlarda hazırlana biləcəyini nəzərə çatdırıb. "Bəstəkar üzv ölkələrin ümumi rəyi ilə seçiləcək.
Mahnının sözləri isə hər kəsin anlaya biləcəyi şəkildə olacaq", - deyə Erhan Özden bildirib.
Onun sözlərinə görə, marşda türk xalqının xüsusiyyətləri özünəməxsus sözlər və musiqi ilə ifadə ediləcək.
Həmçinin yaxın illərdə türk xalqlarının ortaq lüğətinin də hazırlanacağı da qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Türk Dövlətləri Təşkilatı ölkələrinin ortaq əlifbası hazırlanmışdı.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.
Tam oxu
Xəbəri oxu