Türk dövlətlərinin parlamentariləri toplaşır ÖZƏL | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər edib.
Səfərdə Sahibə Qafarovanın bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.
Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Musa Quliyev Modern.az-a görüşün və səfərin detallarından danışıb.
Saytımıza açıqlamasında Musa Quliyev bildirib ki, parlamentin sədri Sahibə Qafarovanın ilk rəsmi səfəri VII çağırış Milli Məclisə seçkilərindən sonra qardaş Türkiyəyə olub: "Səfər 17-18 dekabr tarixlərində baş tutub.
İki qardaş ölkə parlamentləri, bütövlükdə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsi, yüksək səviyyələrə qaldırılmasına töhfə vermək səfərimizin əsas hədəfi olub.
Dünəndən bizim görüşlərimiz başlayıb. Dekabrın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Əhliman Əmraslanovun rəhbərliy
Hava Limanında bizi dostluq qrupunun sədri Şamil Ayrım qarşıladı. Çox yüksk səviyyədə görüşümüz oldu".
Tam oxu
Xəbəri oxu