Türk dünyası dialoqları nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək

11.10.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda panel müzakirələrinin beşincisi oktyabrın 12-də Şimali Kiprin paytaxtı Lefkoşada keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, beşinci dəfə təşkil olunacaq müzakirələrdə təhsil, iqtisadiyyat, nəqliyyat, energetika, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində mövcud əməkdaşlıq imkanları dəyərləndiriləcək.
Panelin əsas məqsədləri sırasında Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal miqyasda görünürlüyünün artırılması, Türk dünyasının ortaq baxışının müxtəlif ictimaiyyətlərə çatdırılması, eləcə də ölkələr arasında akademik, mədəni və sosial əlaqələrin gücləndirilməsi yer alır.
Müzakirələr daha əvvəl Astana (Qazaxıstan), Bakı (Azərbaycan), Daşkənd (Özbəkistan) və Bişkekdə (Qırğızıstan) keçirilib.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью