“Türk Dünyasına Baxış 2040”... | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
TDT ölkələri Orta Dəhlizdə rəqəmsal gömrük və asan ticarət rejimi yaradır Azərbaycanın strateji-coğrafi mövqeyi ölkəmizi regionun vacib tranzit və logistika mərkəzlərindən birinə çevirib.
Respublikamız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Orta Dəhlizdə və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorunda öz tranzit potensiallarının dayanmadan artırır.
Şərq və Qərb coğrafiyalarındakı mövcud nəqliyyat və logistika infrastrukturlarının əlaqələndirilməsi prosesləri isə Türk Dövlətləri Təşkilatına üzv (TDT) ölkələrin iqtisadi inteqrasiyasının genişlənməsində mühüm rol oynamaqdadır.
Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yanvarın 16-da Bakıda keçirilən TDT Gömrük Xidməti Rəhbərlərinin X iclasında bildirib.
İclasda TDT ölkələri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”nın fəaliyyəti, Elektron imza və müasir izləmə texnologiyalarının tətbiqi və digər istiqamətlərdə müzakirələr aparılıb.
TDT-nin baş katibi Kubaniçbek Omuraliyev bildirib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarətdə çətinliklər müşahidə olunmaqdadır.
Nəqliyyat və logistika xərcləri, uzun məsafələr, sənədlərin yoxlama müddətləri, gömrük və tranzit prosedurları son nəticədə tranzit daşınmalarındakı intensivliyə təsir göstərir.
Tam oxu
Xəbəri oxu