Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Qədim tarixi münasibətlərə və ənənələrə malik Azərbaycan ilə Qazaxıstan münasibətləri q
Hər iki qardaş ölkə türk dünyasında həmrəylik və birliyin möhkəmlənməsində mühüm rol oynayır.
2025-ci ilin 18 oktyabr tarixində Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.
Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Ölkə Başçısı qeyd etdi ki, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü-gündən inkişaf edir.
Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün
Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.