Türk dünyasında strateji əlaqələndirmə və Avrasiyada yeni güc mərkəzi quruculuğu | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan–Qazaxıstan əməkdaşlığı postsovet məkanında inteqrasiya modelidir Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında 20 illik müttəfiqlik modelinin məntiqi davamı olmaqla yanaşı, Türk dünyasının Avrasiya məkanında formalaşdırdığı yeni strateji güc arxitekturasının da mühüm tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iki ölkənin strateji əməkdaşlığında yeni bir mərhələnin başlanğıcını simvolizə edir.
Dövlət başçımızın dost və qardaş Qazaxıstana sayca səkkizinci səfəri regional sabitliyi və inkişafı Türk dünyasının geosiyasi dayaqları üzərində qurmaq məqsədini əks etdirir.
İlham Əliyev və Kasım Jomart Tokayevin koordinasiyalı təşəbbüsləri Azərbaycan və Qazaxıstanın milli maraqlarını paralel şəkildə gücləndirməklə yanaşı, Avrasiya məkanında təsir imkanlarını genişləndirir.
İki dövlət arasında mövcud strateji birlik regional siyasətdə aktiv aktor mövqeyini möhkəmləndirir və postsovet məkanında inteqrasiya modelinin əsas sütunlarını formalaşdırır.
İki dövlət arasında hüquqi baza artıq 170-dən çox sənədi əhatə edir və postsovet məkanında ən sistemli inteqrasiya nümunələrindən birini təşkil edir.
Strateji Müttəfiqlik haqqında 20 illik müqavilə ölkələrin milli maraqlarını bir trayektoriya üzrə sinxronlaşdıraraq regionda davamlı və proqnozlaşdırıla bilən siyasət məkanını formalaşdırır.
Tam oxu
Xəbəri oxu