Türk dünyasının ali təhsilində ortaqlıq proqramı

25.04.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin irəli sürdüyü Türk dünyası ali təhsilində ortaqlıq sertifikat proqramı - ORTAK layihəsi ilə bağlı görüş keçirilib.

Müzakirə zamanı ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin Mədəni və sosial əlaqələr departamentinin əlaqələndiricisi Sərvət Turan və qurumun mütəxəssisi Fazilə Zeynalzadə türk dünyasının ali məktəblərinin fəaliyyətində ortaq proqramların gerçəkləşdirilməsinin önəmini və bu layihənin zamanın tələbi ilə ərsəyə gəldiyini qeyd ediblər.

Bildirilib ki, ümumi hədəf seçilən ORTAK proqramının məqsədi Türk dünyasının ali təhsil müəssisələri və idarəçiləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı gücləndirmək, ali təhsilin idarə olunması sahəsində liderlik, bilik, bacarıq və təcrübə potensialının inkişafına töhfə vermək, həmçinin ali təhsilin idarə edilməsi istiqamətində həm tətbiqi, həm də nəzəri tədqiqatları dəstəkləməkdir.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью