Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb.
Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək.
Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.
Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandir.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə qurumun müşahidəçi üzvləridir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.