Türk dünyasının parlamentariləri bir araya gələcək ÖZƏL

05.02.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, toplantının İstanbulda keçirilməsi planlaşdırılır. 

Məlumatı saytımıza açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım da təsdiqləyib. O, toplantının detallarını açıqlayıb. Şamil Ayrım bildirib ki, toplantının 5-6 may tarixlərində keçirilməsi planlaşdırılıb:

"Türk Dövlətləri Təşkilatının (TDT) parlamentlərinin dostluq qruplarının İstanbuldakı görüşünü may ayının əvvəli üçün planlaşdırdıq. Hazırda gələcək cavabları gözləyirik. TDT üzvlərinə, Şimali Kipr Türk Respublikasına, Macarıstana dəvət məktubları yazdıq. OBu ayın sonuna kimi cavablar gələcək. Bundan sonra da gündəmi müəyyən edəcəyik. 5-6 may tarixləri üçün toplantının keçirilməsi planlaşdırılıb". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью