Türk dünyasının rəssamları Kapadokiyada

25.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Türkiyənin turizm bölgəsi olan Kapadokiyada “Türk dünyası rəssamlarının beynəlxalq görüşü” keçirilir.

Kulis.az DHA-na istinadən xəbər verir ki, Nevşehir valiliyinin himayəsi ilə təşkil olunan tədbirin məqsədi Türk dünyası ölkələrinin rəngkarlıq ənənələrini təbliğ etməkdir.

Açılış mərasimi Məryəm Ana tarixi kilsəsinin ərazisində keçirilib.

Görüşdə Azərbaycanı rəssam Məhərrəm Əliyev təmsil edir.

Həftə ərzində müxtəlif türk ölkələrindən olan rəssamların açıq havada keçirəcəkləri ustad dərsləri ilə yanaşı, Kapadokiya mövzusunda rəsm əsərlərinin çəkilməsi də nəzərdə tutulur. Bu əsərlər avqustun 29-da keçiriləcək sərgidə ictimaiyyətə təqdim olunacaq.

Tədbir avqustun 30-da başa çatacaq.

"Dunay sahilində bir daxmacıq var..." - Macarıstanın milli şairindən şeirlər "Robokop" filmləri əsasında serial çəkiləcək Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью