“Türk dünyasının TDT dən başqa dayaq yeri yoxdur!” | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak edib.
Maraqlıdır, son vaxtlar türk dövlətləri arasında artan qarşılıqlı səfərlər, verilən bəyanatlar və görülən işlər türk dünyasının birliyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov baş verənlərin türk dünyasının gələcəyi və təhlükəsizliyi baxımındna mühüm önəm kəsb etdiyini bildirib: “Azərbaycan və Qazaxıstan türk dünyasının ən önəmli dövlətləri kimi digər türk dövlətlərinə də örnək münasibətlər nümayiş etdirirlər.
Qarşılıqlı münasibətlərdəki səmimiyyət türk irsinin əsl ənənələrinə uyğundur.
Türk dünyası bu kimi münasibətlər sayəsində daha da böyük olacaq.
TDT-nin təşkilat kimi daha da irəli mərhələlərə çatması üçün Azərbaycan və Qazaxıstanın önəmi daha böyükdür.
Hər iki ölkə Orta Dəhlizin vacib halqası kimi strateji əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu