Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan və Özbəkistanı tarixi dostluq, qardaşlıq münasibətləri bağlayır, uzun illərin sınağından çıxan qardaşlıq bu gün ən yüksək zirvəyə çatıb.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Ulu Öndərin təməlini qoyduğu bu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verməkdədir.
Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır.
Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşlər ki, bu əlaqələrin daha da irəliləməsinə təkan verir.” Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb ki, bu sənəd yeni siyasi-iqtisadi, humanitar əlaqələrə əlavə fürsətlərə yol açıb.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur.