525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatlarından sayılan Türk Ədəbiyyatı Vəqfinin 55 illik ədəbi nəşri olan “Türk ədəbiyyatı” jurnalının builki fevral sayı işıq üzü görüb.
Baş redaktor, yazıçı, tərcüməçi İmdat Avşarın “525”ə verdiyi məlumata görə, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100-cü ildönümünə həsr olunmuş bu sayda qurultayın əhəmiyyəti, türkdilli xalqların ədəbi, mədəni və tarixi əlaqələri barədə məlumat verilib, Türk dünyasının ortaq əlifba axtarışından, həmçinin bu geniş coğrafi məkanın ortaq yaddaş, birlik və bərabərlik ideyalarından geniş söz açılıb.
Eyni zamanda jurnalda Osman Mert, Nizami Cəfərov, Abuzər Bağırov, Vilayət Quliyev, Şükrü Haluk Akalın və Nevzat Özkanın məqalələri, İmdat Avşarın Xalq yazıçısı Anarla müsahibəsi, eləcə də İnci Okumuş, Gonca Yılmaz Hatunoğlu, Azize Üzel, Koray Kök və Mustafa Ruhi Şirinin şeirləri yer alıb.
Baş redaktor Birinci Türkoloji Qurultayla bağlı yazıların dərcinin jurnalın növbəti mart sayında da davam etdiriləcəyini bildirib.
Aysel Xanlarqızı Səfərli