Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Çoxluqdan üstün, çoxlarında heyrət doğuracaq güc yiyələrinə “Kəl”, “Kəlçə” ayaması ilə adlanması, milli ədəbi-bədii və qəhrəman/ərən obrazı ilə tərənnümü Türk şifahi xalq yaradıcılığı, epik və bədii əsərlərində daha çox ifadə olunub, hətta adi həyat tərzində, lətifə və bəzəmələrdə də bu xüsusi isimlərdən istifadə edilib.
Bu sırada “Kəl Həsən”in nağlını göstərmək olar və yaxud, “Koroğlu” dastanında Rövşən Alı oğlunun ərənliyi aşıqların tərənnümündə “kəl süysünü kimi” boynu və “kəl buynuzu kimi” bığı olduğu vəsf edilib...və yaxud, Koroğlu “yeddi min dəlinin kəltə kəli” qismində təriflənir.
XVIII əsrin sonlarında Qobustan nahiyəsinin Zəngiçay çayının (Pir Seyid/Pirsaat çayının sağ qolu) sağ sahilində Qalağ deyilən yerdə Kəl Ağalı kəndinin (40-50 yurda malik) tərəkəmı elatı zəhərli ilanların “təcavüzü”nə məruz qaldıqlarından doğma yurdlarını tərk edib, Şirvaт düzünün Girdiman çayının sağ sahili yatağında məskən salaraq indiki Ağsu rayonu, Kəlağalı kəndini (amma, təhrif edilərək “Kəlağaylı” olaraq yazılır) yaratmışlar. Qalağın üstündə, Yavanı Baba dağının quzeyində isə (köhnə yurddan 500 m aralıda) sonradan Quba-Dərbənd mahalından (Dağ Zəyid kəndindən) köç edən ailələrin ərazi vahidi Cəm-cəmli kəndi adlanıb...
Ümumilikdə yer adlarının yaranması prinsipləri sırasında tayfa, qəbilə, nəsil, soy...şəcərə mənsubluğu, ərazinin təbii məzərəsi/oroqrafiyası, əhatə strukturlarının səciyyəvi cəhətləri...ilə yanaşı, həm də, ərənlərin, igidlərin, din xadimlərinin, dini-sakral, mistik-fəlsəfi...inancları simvolizə edilərək, kultlaşdırılaraq “tarixi-coğrafi ünvan” kimi istifadə olunması elmi-nəzəri baxımdan dəyər kəsb edir. Bu cəhətlər “Türk dünyası coğrafiyası”nda xüsusilə geniş yayılmış, Böyük Avrasiya qurusunun xeyli hissəsində “közərən yurd ocaqları” timsalında, əski Türk tarixi keçmişinin saxlanc ünvanı kimi indi də yaşayır, minilliklərin dialekt-şivə təhriflərinə məruz qalsalar da....
Belə onomastik vahidlərdən biri, etimoloji məna baxımında söz kökü olaraq Kəl Ağa (fövqəladə gücə, qüvvətə... yiyələnən Türk İgidlərinin ismi) anlamında etimoloji məna kəsb edən, müasir ünvan reyestrində “Kaluqa” kimi yazılan antrotoponimini göstərmək olar.
Əski Bəyaz Türklərin xələfləri olmuş və Şərqi Avropa düzənliyinin mərkəz və şimal hissələrində Üst Daş dövründən bəri məskunlaşan qəbilə-tayfa İttifaqının etnogenetik soyları, ilk növbədə protoHun-Uyğur ailəsinin şəcərələri I minillikdə bu ərazilərə köç edən Çöl, Sarı...Türklərin qolları ilə assimlyasiya olmuş, artıq Türk/Moğolların yürüşü zamanı bir daha qaynayıb-qarışmış və ümumi dil, semantik ifadə sisteminə əsaslanan toponimləri (bəziləri tarixin axınında sıradan çıxsa da, oturuşmuş leksik-ifadə tərzinə uyğun təhrif edilsə də....Türk dili ilkinlyini qoruyub saxlamışlar) yaratmışlar.
Müasir Rusiya Federasiyasının İtil/Volqa, Kama, Oka...çayları hövzəsinin yer adlarının mənasında, etimoloji təhlilində protoTürk şifahi və yazılı dil üslubunun təsirini aydın göstərir.