Türk əsilli futbolçu İtaliya klubuna keçdi

30.01.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Makedoniyalı futbolçu Elif Elmas İtaliya klubuna keçib.

İdmanxeber.az-ın məlumatına görə,  “Leypsiq”in türk əsilli futbolçusu icarə əsasında “Torino”da çıxış edəcək. İcarə müddəti 30 iyuna kimidir. Müqaviləda satın alma variantın da nəzərdə tutulub.

Bu mövsüm 25 yaşlı yarımmüdafiəçi Almaniya klubunun heyətində 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью