Türk filosofdan tələbələrə ustad dərsi: Dezinformasiyanı necə müəyyənləşdirməli?

16.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Universitetində Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Türkiyənin Kastamonu Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Sibel Kibarın ustad dərsi təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ustad dərsi “Məntiqi səhvlər və tənqidi düşüncə fəlsəfəsi” mövzusuna həsr olunub. Sibel Kibar ustad dərsində tənqidi düşüncənin fəlsəfi əsasları, akademik araşdırmalarda analitik təfəkkürün əhəmiyyəti, mühakimə yürütmə prosesində yol verilən məntiqi səhvlər, onların müəyyənləşdirilməsi və qarşısının alınması yolları haqqında məlumat verib. Həmçinin müasir informasiya cəmiyyətində dezinformasiyanın müəyyənləşdirilməsi, məlumatların düzgün qiymətləndirilməsi və əsaslandırılmış mühakimələrin formalaşdırılmasında tənqidi düşüncənin əhəmiyyətini vurğulayıb. İnteraktiv formatda təşkil olunan ustad dərsinin praktiki hissəsində konkret nümunələr təhlil olunub və tələbələrin sualları cavablandırılıb. Praktiki tapşırıqlar tələbələrə arqumentləri qiymətləndirmək, məntiqi səhvləri müəyyənləşdirmək və əsaslandırılmış nəticələrə gəlmək bacarıqlarını tətbiq etmək imkanı yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью