Türk güləşçi Rıza Kayaalp 4 il güləşdən uzaqlaşdırılıb

07.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

İdman Arbitraj Məhkəməsinin Antidopinq Şöbəsi (CAS ADD) Türk güləşçi Rıza Kayaalpı qadağan olunmuş maddədən istifadə etdiyinə görə 4 il müddətinə cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rıza, cəza ilə bağlı CAS-a etiraz etmək hüququndan istifadə edəcəyini bildirib.

Beynəlxalq Test Agentliyinin (ITA) verdiyi açıqlamada 28 may 2024-cü ildə güləşçidən götürülən nümunədə qadağan olunmuş "Trimetazidine" adlı maddənin aşkar edildiyi bildirilib.

Xatırladaq ki, Rıza Kayaalpın cəzası 30 İyun 2028 tarixində bitəcək.

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью