Türk hakim milli komandaların oyununu yarımçıq tərk etdi

24.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşlərində İrlandiya - Bolqarıstan matçının (2:1) hakimi oyunu yarımçıq tərk edib. 

QOL.az xəbər verir ki, türk referi Halil Umut Meler görüşün 37-ci dəqiqəsində zədələnib. O, müalicədən sonra oyunu davam etdirə bilib. Lakin fasilə zamanı soyunub-geyinmə otağına gedən Meler ilk yarıda aldığı zədə səbəbindən daha sonra matçı idarə edə bilməyib. 

Qeyd edək ki, Matçın ikinci hissəsinə onu 4-cü hakim Mehmet Türkmen əvəz edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью