Türk Hava Yolları 18 milyard 864 milyon lirə mənfəət əldə edib

05.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türk Hava Yollarının (THY) ilin birinci yarısında xalis mənfəəti 18 milyard 864 milyon lirə olub.

Şirkət ötən ilin ilk altı ayında 25 milyard 13 milyon lirə qazanmışdı. Digər tərəfdən, şirkətin satışları yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq 585 milyard 69 milyon lirəyə çatıb. Şirkətin ümumi aktivləri ilin birinci rübü ilə müqayisədə 9 faiz artaraq 2 trilyon 360 milyard 37 milyon lirəyə yüksəlib. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью