Türk Hava Yolları Almaniya və Yunanıstana uçuşları ləğv etdi

26.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Hava Yolları (THY) Yunanıstan və Almaniyada keçiriləcək tətillər səbəbi ilə 27-28 fevral tarixlərinə bu ölkələrə planlaşdırılan bəzi uçuşları ləğv edib.

Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə THY-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yunanıstanda baş verən ümumi tətil səbəbindən ölkənin Afina və Saloniki şəhərlərinə 28 fevral tarixinə nəzərdə tutulan bəzi uçuşlar həyata keçirilməyəcək.

Almaniyada isə Münhen Hava Limanında baş tutacaq 48 saatlıq tətillərə görə 27-28 fevralda İstanbul-Münhen-İstanbul reysləri üzrə uçuş olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью