Türk Hava Yolları bu ölkəyə uçuşları dayandırdı

06.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Hava Yolları və “EgyptAir” hava yolu şirkətləri təhlükəsizliklə əlaqədar olaraq Somali paytaxtına uçuşları müvəqqəti dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Somali xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, aprelin 6-da səhər saatlarında Moqadişodakı “Aden Adde” beynəlxalq hava limanı minaatanlardan atəşə tutulub.

Məlumata görə, uçuş-enmə zolağında iki mərminin partlaması hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью