“Türk Hava Yolları” Moskvaya reysləri ləğv etdi KONKRET

26.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Türk Hava Yolları” ötən gecə hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskvaya uçuşları ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasından məlumat verilib.

“Mayın 26-na keçən gecə Rusiyanın hava limanlarında təyyarələrin enişi və uçuşuna yenidən məhdudiyyətlər tətbiq edilib. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb oldu. Uçuşların 60%-ə qədəri gecikir və ya ləğv edilir. Bu, “Türk Hava Yolları”nın uçuş müntəzəmliyinə də təsir göstərdi”, – məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью