Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Türk Hava Yolları”na məxsus təyyarə Hindistanda təcili eniş edib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Nepalın paytaxtı Katmandudan havaya qalxıb və qısa müddətdən sonra mühərriklərdən birində yanğın baş verib.
Yanğın nəzarət altına alınıb.
Yoxlama nəticəsində təyyarənin Türkiyəyə qədər uçuş həyata keçirməsinin riskli olacağı bildirilib. Təyyarə Hindistanın Kəlküttə bölgəsindəki “Subhas Chandra Bose” beynəlxalq hava limanına yönləndirilib.
Göyərtədə olan 236 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.