Türk hərbçiləri dəniz quldurlarını məhv etdi KONKRET

29.08.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Somali Hərbi Dəniz Qüvvələri və Türkiyə sahil mühafizəsinin Puntlend sahillərində həyata keçirdiyi birgə uğurlu əməliyyat nəticəsində Kamerun bayraqlı “MV LUTUF” yük gəmisi dəniz quldurlarından tamamilə azad edilib.

KONKRET.az xəbər verir ki, dənizçilər quldur əsirliyində 12 gün keçiriblər, lakin Türkiyə hərbçilərinin qətiyyətli addımları sayəsində heyət üzvləri arasında heç bir itki verilmədən onları xilas etmək mümkün olub.

Güc aksiyasının uğrunda əsas rolu Somali təhlükəsizlik qüvvələrinə birbaşa dəstək göstərən Türkiyə bölmələri oynayıb. 10 günlük xüsusi əməliyyat zamanı Türkiyə-Somali kontingenti quldurlarla silahlı toqquşmaya girib. Nəticədə 14 dəniz qulduru məhv edilib, sağ qalan yaraqlılar isə qaçmağa məcbur qalıblər.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью