Türk hərbçiləri Ukraynaya göndərilir? MN məlumat yaydı

27.11.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi atəşkəs təmin edildikdən sonra həll edilməlidir”.Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“İlk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın çərçivəsi müəyyən edilə bilər”, – qeyd olunub.

Məlumata görə, missiya aydın şəkildə təsvir edilməli, onun həyata keçirilməsində hər bir ölkənin töhfəsi müəyyənləşdirilməlidir.

Türkiyə Silahlı Qüvvələrinin regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazır olduğu da açıqlanıb.

Qeyd edək ki, son günlər Türkiyə hərbçilərinin Ukraynada sülhməralı missiyada yer alacağı haqda xəbərlər yayılıb.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью