Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin müdafiə sənayesi şirkəti ASFA tərəfindən inşası ötən il tamamlanan “Akhisar” döyüş gəmisinin Rumıniyaya təhvil verilməsi Ankaranın hərbi-sənaye strategiyasında dönüş nöqtəsi sayılır.
Bu, Türkiyənin tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv olan ölkə Türkiyədən hərbi dəniz platforması alır.
Hadisə sadəcə kommersiya əməliyyatı deyil, geniş geosiyasi mənzərədə Ankaranın mövqeyinin güclənməsinin konkret təsdiqidir.
Son 15 ildə Türkiyə müdafiə sənayesində sürətli modernləşmə həyata keçirərək xarici tədarükdən asılılığını kəskin şəkildə azaldıb.
2000-ci illərdə yerli istehsalın payı 20 faiz idisə, bu gün 80 faizə yaxınlaşıb.
Pilotsuz uçuş aparatlarından tutmuş raket sistemlərinə, elektron müharibə avadanlıqlarından döyüş gəmilərinə qədər uzanan geniş istehsal xətti Türkiyəni yalnız regional deyil, qlobal silah bazarında da tanınan oyunçuya çevirib.
MİLGEM proqramı çərçivəsində tikilən gəmilərin Pakistan, Ukrayna və İndoneziyaya satılması bu inkişafın əsas mərhələləri olmuşdu, Rumıniya ilə hazırkı müqavilə isə Türkiyənin Avropa bazarına ilk real çıxışı kimi qiymətləndirilir.