... Türk imperiyasının yüksəlişi başladı Yunan mediası | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yunanıstanın millətçi nəşri "Pentapostagma" nəşri ötən gün "Suriya Türkiyənin nəzarətinə keçdi, "Türk imperiyasının" yüksəlişi başladı" adlı məqalə dərc edib.
Qaynarinfo aktuallığını nəzərə alıb, həmin məqalənin tərcüməsini, heç bir şərh vermədən oxuculara təqdim edir: "Asiyanın dərinliklərindən Orta Afrikaya və bəlkə də Atlantik okeanına, Qafqazlardan Hind okeanına və Somali sahillərinə qədər...
Uzun zamandır bu mövzuda yazırıq: Türkiyə artıq yeni bir imperiyanın təməlini qoymuş vəziyyətdədir.
Müasir forması ilə bu imperiya sultanlar dövründəki kimi olmaya bilər, lakin indiki ilk mərhələsində ona Osmanlı deyil, "Türk imperiyası" demək mümkündür.
Hal-hazırda Ankara Somali, Liviya və Atlantik okeanındakı San-Tome və Prinsipi adalarını (Afrika qitəsinin qərb sahillərində, Qvineya körfəzində yerləşən bir ada dövləti - red.) "fəth edərək” bu bölgələri himayə dövlətləri halına gətirib.
Türkiyə, Azərbaycanı bu ölkə ilə olan qohumluq bağları sayəsində nəzarətdə saxlayır; Suriya və İraqın mühüm bir hissəsində hərbi mövcudluğu var.
Bundan əlavə, Ankara Orta Afrika ölkələri, məsələn, Niger üzərində də böyük təsir gücünə malikdir.
Tam oxu
Xəbəri oxu