Türk klubu əcnəbi hakim tələb edir: Bu üç oyunumuz üçün...

26.02.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"24 fevral 2025-ci ildə oynanılan "Qalatasaray" - "Fənərbağça"  derbisinə əcnəbi hakim Slavko Vinçiçin baş hakim kimi təyinat alması bəzi klubları hərəkətləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq "Samsunspor" klubu Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət edib.

Klub rəhbərliyi hazırda liqada 3-cü yerdə olduqlarını xatırladaraq, qarşıdakı 3 oyunlarına əcnəbi hakim təyinatı istəyib: "Biz "Fənərbağça" - "Samsunspor", "Samsunspor" - "Qalatasaray" və "Trabzonspor" - "Samsunspor" matçlarını əcnəbi hakimlərin idarə etməsini istəyirik. Türk futbolunun şəffaf, etibarlı və ədalətli bir mühitdə idarə olunması üçün kritik matçlarda əcnəbi hakimlərdən yararlanmağın faydalı irilməli olduğuna inanırıq..."

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью