Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan Gürcüstan münasibətləri (1918 1922 ci illər)…
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 10 iyul, Günel Əliyeva, AZƏRTAC Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisində Fond
Xüsusilə gənclərlə iş sahəsinə toxunaraq bildirib ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fə
Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır.
Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.Müəllif əlavə edib ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmağa səmimi istək var.“Bu kitab klassik mənada elmi tədqiqat işi deyil.
Bu, dərin şəkildə yenidən nəzərdən keçirilmiş və faktiki olaraq yenidən yazılmış bir əsərdir”, – deyə F.Hacıyev bildirib.O, həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşüb.
Bildirib ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada yaşayıblar?“Əldə olan mənbələrdə kifayət qədər məlumatın olmaması məni narahat edirdi.
Hər dəfə düşünürdüm ki, münasib vaxt gələcək, vaxt ayırıb gürcü dilini öyrənəcəyəm və bu mövzunu daha dərindən araşdıracağam, amma hər dəfə təxirə salırdım”, – deyə o əlavə edib.F.Hacıyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplamaq, araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək.Arxiv sənədləri və yeni tədqiqat materialları əsasında oxuculara yeni tarixi baxış təqdim edilib.Tədbir panel müzakirəsi ilə davam edib, burada nəşrə elmi qiymət verilib, ekspertlərin və iştirakçıların fikirləri dinlənilib.Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirlər və elm xadimləri iştirak ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu