Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türk müğənni Tarık Mengüç xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, bağırsağında şiş aşkarlanan müğənninin səhhəti ilə bağlı həyat yoldaşı açıqlama verib.
“Dünən həyatımızın ən çətin günlərindən biri idi. Appendisit olduğunu düşündüyümüz problemin əslində bağırsaqda kütlə olduğu ortaya çıxdı. Həkimlərimiz lazımi müdaxiləni etdilər. İndi isə tək duamız patoloji müayinəsindən xoş xəbər almaqdır... Allahım, yaxşı insanları qoru, həyat yoldaşımı da bizə bağışla” deyə o, bildirib.