Türk mütəxəssis Almaniya klubundan qovuldu

22.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Nuri Şahin Dortmund "Borussiya"sının baş məşqçisi postundan istefaya göndərilib. Sport24.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Türkiyəli mütəxəssislə bağlı qərar Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunundan sonra verilib. "Bolonya"ya 1:2 hesablı məğlubiyyət Şahinin postunda son görüşü olub.

Qeyd edək ki, "Borussiya" son 25 ildə ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью