Türk öldürdü, türk ağladı Günün şeiri

20.05.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində Akif Səmədin "Türk öldürdü, türk ağladı" şeirini təqdim edir.

Çaldırana Qızılbaş gəldi,
Torbasında qızıl-daş gəldi,
Qızıl teştdə qızıl baş gəldi,
Türk öldürdü, türk ağladı.

Qılınc qalxdı, kaman çəkildi,
Düzlər boyu aman çəkildi,
Dost gözlərə duman çəkildi,
Türk öldürdü, türk ağladı.

Təzə nırxdı, köhnə bazardı,
Köhnə dərddi, köhnə azardı,
Dan yerində günəş qızardı,
Türk öldürdü, türk ağladı

CV-inə yalan məlumat yazanlar cəzalanacaqmı? Filmimiz Beynəlxalq Film Festivalında Ən yaxşı animasiya filmi - "Axın" nümayiş olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью