GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasında əsas elektrik transformatorlarından birində güclü partlayış baş verib.
Globalinfo.az bildirir ki, bu barədə Kipr Türk Elektrik İdarəsi məlumat yayıb.
Partlayışa görə səhər saat 5:00-dan etibarən ölkədə elektrik enerjisinin kəsildiyi bildirilir. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra bəzi ərazilərə enerji verilişinin bərpa ediləcəyi açıqlanıb.
Bütün ölkə ərazisində elektrik təchizatının nə zaman bərpa ediləcəyi barədə isə dəqiq məlumat yoxdur.
Əliyar Xəlil
Globalinfo.az