Türk ölkəsi Leninin 25 metrlik heykəlini gecə ilə sökdü

07.06.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda sovet lideri Vladimir Leninin abidəsi sökülüb.

Axar.az xəbər verir ki, söküntü işləri iyunun 6-dan 7-nə keçən gecə aparılıb.

Şəhərin mərkəzində - Sevgi və Toktoqul Satılganov parklarının yanında yerləşən abidənin hündürlüyü təqribən 25 metr idi ki, bu da onu təkcə regionda deyil, həm də dünyada Leninin ən hündür abidələrindən birinə çevirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью