Türk ölkəsində “Yəhudilərə və heyvanlara giriş qadağası”...

21.04.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğızıstanın Oş şəhərindəki bir oteldə “Yəhudilərə və heyvanlara giriş qadağandır” yazısı olan lövhə asılıb.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Məlumata görə, sözügedən yazılı lövhə beynəlxalq qalmaqala səbəb olub. İsrail səfirliyi hadisəni pisləyərək, onu bərabərlik və insan ləyaqəti prinsiplərini pozan kobud antisemitizm təzahürü adlandırıb.

Qırğızıstan hakimiyyəti isə hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью