Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

24.07.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı təkliflər müzakirə olunub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclasda ŞKTC-nin adı və bölgədəki mövcud siyasi vəziyyətlə bağlı diqqətçəkən bəyanatlar verilib.
Yeni Yol Partiyasının İstanbul millətvəkili Mustafa Kaya ŞKTC-nin adının dəyişdirilərək "Kipr Türk Cümhuriyyəti" olunmasını təklif edib:
 

"Əgər adanın və karbohidrogen yataqlarının hamısında Kipr türk xalqının haqqı varsa, bundan sonra adanın 'şimalı', 'cənubu' yoxdur. Kipr Türk Cümhuriyyəti adı altında yola davam edilməlidir", – deyə o bildirib.


Təklif səsverməyə çıxarılsa da, qəbul edilməyib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью