Türk ölkəsinin millisi dünya çempionatında

06.06.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Futbol üzrə Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Globalinfo.az xəbər verir ki, yığma buna DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin IX turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qolsuz heç-heçə edərək nail olub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran kollektiv sona 1 tur qalmış turnir cədvəlində 2-ci yeri təmin edərək, mundialın final mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью