Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib

22.11.2024

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Suriyanın şimalında “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyat bölgələrində aşkarlanan 5 terrorçu məhv edilib.
Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sevgili vətənimiz üçün terrora və terrorçulara qarşı mübarizəni bütün gücümüzlə davam etdiririk! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində aşkarladıqları 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”,-Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, Türk ordusu qəhrəmancasına və fədakarcasına mübarizəyə davam edəcək.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью