Türk ordusu Suriyada: Hədəflər məhv edildi

29.12.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatlarında İraq və Suriyanın şimalında ümumilikdə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçular üçün qaçmağa yer yoxdur, onlar üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında 2, Suriyanın şimalında isə “Fərat Qalxanı” zonasında şəxsiyyəti müəyyən edilən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olur-olsunlar, türk əsgəri terrorçuları rahat buraxmayacaq”, - açıqlamada deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью