Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

10.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiyasını maraqla seyr edən qonaq daha sonra bu mədəniyyət ocağının direktoru akademik Rafael Hüseynovla görüşüb. Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda türkiyəli qonağa akademik Rafael Hüseynovun müəllifi olduğu “Məkansız və zamansız Nəsimi” və "Səksən ilin güzgüsü" kitabları hədiyyə olunub.

Professor Vedat Çalışkan Çanaqqala Onsəkkiz Mart Universitetinin Tətbiqi elmlər fakültəsinin Muzeyçilik kafedrasında çalışır. O, mədəniyyət coğrafiyası üzrə mütəxəssisdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью