Türk qırıcısı daha bir uçuş testini uğurla tamamlayıb

12.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin milli qırıcı təyyarəsi “Kaan”ın 3-cü uçuşu üçün testlər uğurla davam edir.

Yerli döyüş təyyarəsi “Kaan” aviasiyada "afterburner" kimi tanınan əlavə yanma qurğusunu işə salıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb.

“Kaan” 21 fevral tarixində ilk uçuş testini uğurla tamamlamışdı. İkinci uçuşunu 6 may tarixində həyata keçirən təyyarə havada qaldığı 14 dəqiqə ərzində 10 min fut yüksəkliyə qalxaraq 230 knot sürətə çatmağı bacarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью