Türk şərhçinin qəzəbli analizi gündəm oldu VİDEO

21.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

DÇ-2026-da qrup mərhələsində ardıcıl iki məğlubiyyətdən sonra mübarizəni dayandıran Türkiyə millisinin azarkeşləri bir neçə gündür sosial şəbəkələrdə narazılıqlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, ən sərt formada fikrini ifadə edən idman şərhçisi Gökhan Dinçdir. Onun TV efrində komandanın uğursuz çıxışına qəzəbli reaksiyası viral olub.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, türk dilini bilməyənlər belə şərhçinin nə demək istədiyini asanlıqla anlayır.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda əvvəlcə Avstraliyaya 0:2, daha sonra Paraqvaya 0:1 hesabı ilə uduzub. Komanda iki turdan sonra pley-off şansını itirib. Türkiyə qrup mərhələsində son oyununu ABŞ yığmasına qarşı keçirəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью