Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
II Yazı
Əslində bir millətin hər hansı dinə üz tutması, onun olmuş ya da olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir məna qatması anlamında dərk edilməlidir.Bu baxımdan Türk-Turan xalqlarının xeyli bir qisminin İslam dinini qəbul etməsini uğurlu hesab edən aydınlarımızla ona görə razılaşırıq ki, Türk-Turan irqi öz daxilindəki dini baxımdan ideoloji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşmışdır.[1] Ancaq bununla yanaşı, türklər sonralar İslamla bağlı olan məzhəb qovğalarından da qurtula bilməmişdir. Hər halda son dönəmlərdə Osmanlı xəlifəlik məsələsinə görə, əsasən yarıərəbləşmiş, Bizans mədəniyyətinin təsiri altında qismən yarıavropalaşmış, Səfəvilər və Qacarlar isə İslam dini adı altında əslində fars şiəliyinin, zərdüştizm məsələsində isə Hind-Avropa-İran mədəniyyətinin təsirinə məruz qalmışdır.
Rahid Ulusel hesab edir ki, tarixi zamanın yaşıdı olan Türk sivilizasiyası dünyanın ən seçkin sivilizasiyalarındandır: “Dövlət-imperiya quruculuğundan ornament yaradıcılığına qədər insan fəaliyyətinin bütün forma və səviyyələrində Türk– sivilizasiya insanıdır. Avrasiyanın proloqu və epiloqu kimi Orhun abidələrindən Süleymaniyyə kompleksinə qədər türkün yaratdıqları – onun sivilizasiyasının antikliyindən klassikasınadək daxili bir orqanikaya malik olduğunu göstərir. Dünya mədəniyyətinin onun arxaikasından transsendental monoteosofiyasınadək bütün qatları və səviyyələri Türk mədəniyyətinin içində laylanıb. Türk planetariyasına dünya bütün zənginliyi, dərinliyi, gen nəfəsi və yaradıcı mənəviyyatı ilə sığa bilər. Türk – özü olduqca, həm də dünya sakini cahan əri, bəşər alpıdır. Sivilizasıyalılığın əsas şərtlərindən biri kimi əsilzadəliyin bütün şuxluğu, nəcib etikası, cəngavər zərifliyi Türk ruhundan pardaqlanır”.[2] Tarixçi alim Zaur Həsənov da hesab edir ki, prototürk sivilizasiyasının mövcudluğu inkar olunmaz bir həqiqətdir.[3]
Vaxtilə Mustafa Kamal Atatürk deyirdi: “Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix, yaratdığın sivilizasiyanın öygüləri ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu – sənin üçün həm bir haqq, həm də bir borcdur”.[4]
Ümumiyyətlə, Türk xalqlarının İslam dinini qəbul etdikdən bir neçə əsr sonra milli kültürdən daha çox islamlıq üzərində köklənməsi, bunun XIX əsrin əvvəllərinə qədər davam etməsi, həmin dönəmdən sonra isə İslam mədəniyyəti təsiri altında qalmaqla yanaşı Qərb mədəniyyətinə meyil göstərməsi ciddi məsələlərdəndir. Maraqlıdır ki, həmin dövrdən etibarən də Türk aydınları arasında Qərb mədəniyyətinə alternativ düşüncə sistemi kimi də daha çox İslam mədəniyyəti irəli sürülür. Bizcə, Türk-Turan xalqlarının Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında seçim qarşısında qalması çıxış yolu deyildir. Çox maraqlıdır, Qərb mədəniyyəti Türk-Turan xalqları üçün demokratiklik, sivillik, tolerantlıq, liberallıq anlamında cəlbedici göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaqlıq, mühafizəkarlıq, mənəviyyatlılıq baxımından ortaya qoyuur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının bir çox aydınları çıxış yolunu İslam mədəniyyəti ilə Qərb mədəniyyətinin uzlaşmasında axtarmış olurlar.
Təxminən bir əsr yarımdır ki, əsasən Turan-Türk xalqları mütəfəkkirlərini və böyüklərini (Namiq Kamal, C.Əfqani, Əli Suavi, Ş.Mərcani, S.Qaliyev, T.Rıskılov, Həsən bəy Zərdabi, H.Səbri Ayvazov, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Ə.Ağaoğlu, Y.Akçura, Z.V.Toğan, Mustafa Kamal Atatürk, M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani və b.) əsas düşündürən problem də Qərb mədəniyyətiylə İslam mədəniyyətini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etidirilir. Şübhəsiz, “mədəniyyət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını müsəlman kimliyi, İslam mədəniyyəti çərçivəsində görən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Ona görə də Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakıxanov, N.Kamal, M.Akif Ersoy, Qarabəy Qarabəyli, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslama əlavə olunmuş xurafatda, cəhalətdə, avamlıqda, dini şarlatanlıqda axtararaq, bütün bunları İslam mədəniyyətindən təmizləməyi düşündüyü halda, Türk aydınlarından ikinci qismi (M.F.Axundzadə, M.A.Şahtaxtlı, Cəlal Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb-Xristian mədəniyyətini mənimsəməkdə və qərbləşməkdə görmüşlər.
Məhz bundan irəli gələrək, ötən 150-200 il ərzində Turan-Türk mütəfəkkirləri arasında İslamçılıq və Qərbçiliklə müqayisədə Türk-Turan ruhlu nəzəriyyələri irəli sürənlər çox az olmuşdur. İlk dövrlərdə Türkçülüyü irəli sürən mütəfəkkirlər də məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın ya da Qərbçiliyin köməkçi tərkib hissəsi kimi görmüşlər. Başqa sözlə, ötən bu dövrdə Türkçü nəzəriyyələr, düşüncələr əsasən İslamçılığı ya da Qərbçiliyi gücləndirmək, əsaslandırmaq üçün önəmli olmuşdur.
Beləliklə, Tatarıstanın, Türküstanın, Osmanlının, Qacarların, Baburların süqutundan sonra Avropa (Qərb) mədəniyyəti arealına daxil olan Türk-Turan xalqları bununla yanaşı xeyli dərəcədə İslam mədəniyyəti, qismən də Hind və Çin mədəniyyətlərinin kölgəsində qalmağa davam etmişlər. Sadəcə, İslam mədəniyyətinə girişin ilk əsrlərində olduğu kimi, Qərb mədəniyyətinə girişin ilk dönəmlərində (hələlik, bu proses müəyyən mənada davam etməkdədir) də Turan-Türk xalqları arasında milli mədəniyyət, milli kimlik hissləri ön plandadır. Vaxtilə İslam dinini qəbul etmələrinə baxmayaraq milli mədəniyyətlərini, milli dəyərlərini qoruyub saxlayan Turan-Türk xalqların sonralar yalnızca dini inanca görə deyil, milli-mənəvi düşüncə anlamında da əsasən müsəlmanlaşaraq İslam mədəniyyətinin təsir dairəsinə düşdüklərini görürük. Deməli, Turan-Türk xalqlarının Qərb mədəniyyəti arealına daxil olmasının ilk əsrlərində milli kimlik, milli mədəniyyət varlıqlarını ifadə etmələri də müvəqqətidir. Ən əsası odur ki, İslam mədəniyyətinin ilk əsrlərində olduğu kimi, indi də Qərb mədəniyyəti milli kimliyin və milli mədəniyyətin ifadəsi üçün şərait yaradır. Ancaq Qərb mədəniyyəti milli kimliyi və milli mədəniyyəti ortaya atarkən də, bunun Qərb dəyərlərinə məxsus olmasını istəyir, bununla da çox da uzaq olmayan gələcəkdə həmin milli kimlikləri, milli mədəniyyətləri öz içində əritməyin təməllərini formalaşdırır. Məhz bunun nəticəsidir ki, Osmanlılar və Qacarlar dönəmində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniyyətinə üz tutanlar, sonralar Qərb mədəniyyəti üzərindən milli mədəniyyətin təbliğinə başladılar.
Bizcə, bu anlamda Turan-Türk mədəniyyətinin yenidən dirçəlməsinə əsas səbəb nə İslam mədəniyyətinin geriliyi, mühafizəkarlığı, nə də bunun fonunda Qərb mədəniyyətinin irəliçi, yenilikçi olması deyil, burada milli dəyərlərin, milli mədəniyyətin tamamilə aradan qalxması təhlükəsi olmuşdur. Yəni Turan-Türk mədəniyyətinin yenidən ortaya çıxmasında Türk-Turan xalqlarının İslam mədəniyyəti, müsəlmanlıq içində əriməsi təhlükəsiylə yanaşı, eyni zamanda digər yad bir mədəniyyətin – Hind-Avropa mədəniyyətinin onu yanlış bir yola sürükləməsi mühüm rol oynamışdır. Ona görə də təxminən iki əsrə yaxındır çox ehtiyatla İslam mədəniyyəti və Qərb mədəniyyətiylə yanaşı, Türk mədəniyyətini irəli sürərək onu İslamçılıq və Qərbçiliklə uzlaşdırıcı baxımdan eyni sıraya qoyanları da yaxşı anlayırıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, İ.Qaspıralı, Y.Akçura, Z.Gökalp, M.Ə.Rəsulzadə, M. Kamal Atatürk, Z.V.Toğan, A.Fitrat, A.Çolpan, Ç.Vəlixanov və b.).
Bizcə, ötən 150-200 il müddətində Türkçülüyü-Turançılığı İslamçılıq və Qərbçiliklə müəyyən dərəcədə eyni sıraya yerləşdirə bilsək də, amma onların təsir dairəsindən tamamilə çıxarmaq mümkün olmamışdır. Buna örnək, günümüzdə “Türk-İslam mədəniyyəti”, “Türk-İslam” ideyasıyla yanaşı, Qərbyönlü tarixi, ədəbiyyatı, fəlsəfəni, demokratiyanı, mədəniyyəti hətta, həyat tərzini mənimsəməyimizdir. Biz türklər bu gün geyimimizdə, inancımızda, davranışlarımızda, toy və yas mərasimlərimizdə əsasən Qərb və İslam mədəniyyətlərinin təsiri dairəsindəyik. Məsələn, “qərbli” kimi yeyirik, geyinirik, hərəkət edirik ancaq “müsəlman” kimi düşünürük, danışırıq. Bəzən, bunun əksini də görmək mümkündür. Belə ki, “müsəlman” kimi geyinirik, amma “qərbli müsəlman” görünüşündə. Bir sözlə, bu gün türklər dini inanc baxımdan əsasən müsəlman, qismən də xristian, buddist, yəhudi kimi dünyaya gələ bilərlər. Ancaq müxtəlif dini inanclar Turan-Türk xalqlarının adət-ənənələrini, törələrini davam etmələrinə əngəl olmamalıdır.
[1] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s.226
[2] Ulusel Rahid. İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!. Bakı, “Elm və təhsil”, 2025, s.8-9
[3] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.20
[4] Türk Tarhinin Ana Hatları. İstanbul, Devlet matbaası, 1930, s.69
Yolun açıq, gələcəyin işıqlı olsun, Mədinə...
20 SENTYABR – SUVERENLİYİN BÜTÖVLƏŞDİRDİYİ TARİX
Türk Dünyasının Kitab Sərgisi niyə Bakıda olmasın?
İlham Əliyev Avropa İttifaqına bənzər Türk İttifaqı qurur, yalnız iki üstün fərqlə…
Tariximizə sahib çıxaq! – Yaqub Mahmudovdan Prezidentə akademik dəstək
BAKIDAN DÜNYAYA: birlik, dialoq və sülh mesaji
Sülhə gedən yol gerçəkliyin qəbulundan keçir
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür
15 Sentyabr - Bakının Qurtuluşu və Qardaşlığımızın Əbədiləşdirildiyi Gün
Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir
Azərbaycanı Vətən bilib Mil düzündə ömür sürən Türk Qazisi
Tarixin möhürü – Böyük Hun İmperiyası
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Bakının bu hissəsində 52 bina SÖKÜLƏCƏK
SSRİ Atropatena tarixini belə saxtalaşdırıb - Tarixçi
Bakıda qiyməti 3 milyon düşən villanın sahibi – Siz də tanıyın
Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - FOTO
Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB
Milli Məclisdə səhiyyə naziri tənqid olundu: "Ona yaxın düşmək olmur..."
Türk sivilizasiyasının qədim dövrü
Bakının bu hissəsində 52 bina SÖKÜLƏCƏK
Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan konsert təşkil olunub
Tarixçidən dərsliklərlə bağlı sərt irad: 40-a yaxın məsələ qaldırmışam
Tarixçi alim: Qarabağ problemi öz aktuallığını hələ də saxlayır
Bakıda həyat yoldaşını marketdə döyən şəxs həbs edildi – VİDEO
Həsən Həsənov: Albaniya ilə bağlı bu məsələlər hələ də həllini tapmayıb
Azərbaycanda “qara su bazarı” - Bulaq suyu adı ilə nə satılır?
SSRİ Atropatena tarixini belə saxtalaşdırıb - Tarixçi
"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirildi
Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirildi
Azərbaycanda bu kurslara gedənlərdən pul alınmır - Üstəlik hər ay...
Bu institut ləğv edilir - Baş nazir QƏRAR İMZALADI
Bakıda qiyməti 3 milyon düşən villanın sahibi – Siz də tanıyın
Ömər Baba “Kurtlar Vadisi”nin sirlərini açdı: “Osman Sınav gecə onlarla görüşdü, sonra şok olduq”
Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - FOTO
Ramiz Mehdiyevin növbəti məhkəməsi bu tarixdə olacaq
Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır – GÖRÜNTÜ
Özbəkistan hərbçiləri "Birliyin Gücü – 2026" təlimi üçün Azərbaycana gəldi - VİDEO
Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB
Tehranda maraqlı hadisə: Hicabsız qadın marafonu - Video
Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı
Professor vəfat edən qızına mahnı bəstələdi – VİDEO
3, 7 və 40 mərasimləri islamda günah hesab olunur? – İlahiyyatçıdan XƏBƏRDARLIQ
Monitorun qadının üstünə aşmasının - Anbaan videosu
Sabahın HAVASI: Yağış, duman, 34 dərəcə isti...
Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Maaş alanlara BƏD XƏBƏR - Yanvarın 1-dən bu qədər vergi tutulacaq
Ramiz Mehdiyev və köməkçisinin məhkəməsi başladı
Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi
Formula 1 üzrə Azərbaycan Qran-prisinin cədvəli açıqlandı
Bu şəxslərə ödəniş ediləcək - SƏBƏB AÇIQLANDI
Azərbaycanı ittiham edən politoloq İstanbulda öldü
SON XƏBƏR: Gürcüstan İrana qarşı ABŞ-ın sanksiyalarına qoşuldu - Uçuşlar dayandırıldı
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
Milli Məclisdə səhiyyə naziri tənqid olundu: "Ona yaxın düşmək olmur..."
Bu halda maşınınızı əlinizdən alacaqlar
“Şəki yaylası”nda faciə belə baş verib – VİDEO/Həssas görüntülər
Daşkənddə TARİXİ SƏNƏD imzalandı
Daşların arasında bitən bənövşə
"Axı mənimlə evlənəcəkdin" - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna
Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ
“Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır” - Paşinyan
Pezeşkianın qızından Mehriban Əliyevaya MƏKTUB: "Dəyərli bacım..."
Rusiya nota göndərdi və Bakıdan bunu istədi: “Qadağan edin...”
Bu hərbçilər pensiya ala bilməyəcək? - İddialar CAVABSIZ qaldı
İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi
İlham Əliyev Buxaradadır - VİDEO
Bölgədə yeni təhlükə: İsrail və Türkiyə müharibənin astanasındadır? - ŞƏRH
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evlənib