Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Beynəlxalq konqresin iyunun 30-da keçirilən daha bir paneli "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusuna həsr olunub.

BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) təşkil oluana panel Milli Məclisin deputatı, filologiya elmlǝri doktoru Elnarǝ Akimovanın moderatorluğu ilə gerçəkləşib.

Paneldə Türkiyənin Fatih Sultan Mehmet Vǝqfi Universitetinin professoru Ahmet Taşağıl, Almaniyanın Humbolt Universitetinin professoru Eva-Mariya Aux, Yaponiyanın Osaka Universiteti Humanitar Elmlǝr Tǝdqiqat İnstitutunun professoru Takaşi Osava, Qafqaz Tarixi Mǝrkǝzinin direktoru Rizvan Hüseynov, Türkiyǝ Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu və Özbǝkistan Elmlǝr Akademiyası Özbǝk Dili, Ədǝbiyyatı vǝ Folkloru İnstitutunun əməkdaşı professor Cabbor Eşonkulov çıxış ediblər.

Alimlər Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunmasının və bu münasibətlə təşkil edilən "Türk Dünyası Həftəsi"nin əhəmiyyətini diqqətə çatdırıblar.

Bildirilib ki, keçmiş SSRİ dövründə türk xalqlarının milli-mədəni və tarixi irsinin hərtərəfli öyrənilməsi üçün münbit şərait yox idi. Eyni zamanda inteqrasiya imkanları məhdudlaşdırılmışdı. Panelin sonunda mövzu ətrafında müzakirə aparılıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью