Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Kanadanın Ontario əyalətində, Trenton yaxınlığında Highway 401-də baş verən zəncirvari qəzada Türk tır sürücüsü Işık A. göstərdiyi qəhrəmanlıqla diqqət çəkib. Təxminən 50 avtomobilin iştirak etdiyi qəza zamanı iki tırın arasında sıxışan və yanmağa başlayan avtomobildəki qadın sürücünü təhlükədən çıxaran 40 yaşlı sürücü Kanadada qəhrəman kimi tanınıb.
BAKU.WS xəbər verir ki, hadisə zamanı Işık A. avtomobilin şüşəsini əli ilə sındıraraq qadını xilas edib və bu müdaxilə zamanı əlindən yaralanıb. Görgü şahidləri və yanğınsöndürənlər sürücünün soyuqqanlılığını yüksək qiymətləndiriblər.
Qeyd olunur ki, Işık A. Türkiyədə bir müddət tibb təhsili alıb, daha sonra mühəndislik sahəsini bitirib və ilk yardım üzrə təlim keçib. Təxminən 9 il əvvəl Kanadaya köçən sürücü, hadisə zamanı göstərdiyi cəsarətə görə rəsmi təltif olunmağı da gözləyir.