Türk və erməni iş adamları Ermənistanda görüşəcəklər

09.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xarici işlər naziri Ararat Mirzoyan iyunun 2-də Qarsda Ermənistan və Türkiyə iş adamları arasında görüşün keçirildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, o, növbəti görüşün Ermənistanda keçiriləcəyini deyib.

“Bu, hər iki tərəfin Xarici İşlər nazirliklərinin və ticarət palatalarının iştirakı ilə təşkil olunub. Bu görüş əvvəlkilərdən fərqli oldu, çünki gündəm geniş idi, Türkiyənin üç əyalətinin işgüzar dairələri tərəfindən böyük maraq vardı”, - nazir bildirib.

Mirzoyanın sözlərinə görə, bu, çox yaxşı başlanğıcdır: “Yaxın gələcəkdə Ermənistanda ikinci görüşümüz olacaq. Ayrı-ayrı şirkətlərin konkret danışıqlara başladığı barədə məlumatlıyam, əminəm ki, bu söhbətin davamını görəcəyik”.

(teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью