Türk və israilli azarkeşlər arasında növbəti dava VİDEO

28.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının V turunda Gürcüstanın Batum şəhərində İsrailin “Hapoel Beer Şeva” komandasını 2:1 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, qarşılaşmadan sonra Batumda əlverişsiz hava şəraiti səbəbindən bir çox aviareys ləğv edilib. Bu səbəbdən oyunu izləmək üçün Gürcüstana gedən çoxsaylı türk azarkeş Türkiyəyə qayıda bilməyib.

Bu gün planlaşdırılan uçuşlardan əvvəl Batum hava limanında “Hapoel Beer Şeva”nın bir azarkeşi türk sərnişinlərin sıx olduğu ərazidə komandasının şərfini açaraq havaya qaldırıb.

Türk sərnişinlərin buna etiraz etməsi gərginliyə səbəb olub. Gürcüstan polisi müdaxilə edərək İsrail klubunun azarkeşini hava limanının başqa hissəsinə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью