Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

08.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VI Yazı

Türk və Çin fəlsəfələrinin qarşılıqlı təsirinə gəlincə, hər ikisi Şərq təfəkkürünə aid edilsə də, ancaq Türk fəlsəfəsi daha geniş, dünyəvi xarakter daşımaqdadır. Onlar vahid kosmoloji dünyagörüşünü paylaşsalar da, tarix, mədəniyyət və coğrafiya səbəbindən fərqli inkişaf yolları keçmişlər.[1]

Türk fəlsəfəsinin Çin fəlsəfəsi ilə üstə-üstə düşən cəhətləri, ilk növbədə asiman, səmaya olan münasibətdir. Hər iki fəlsəfədə səmanın, asimanın, göy üzünün ilahiləşdirilməsi var. Çin fəlsəfəsindəki xüsusilə Daosizm təlimində Yin və Yan tarazlığı, Türk fəlsəfəsindəki - Tanrıçılıqdakı Göy (ata) və Yer (ana) bütünlüyünə əsaslanan fəlsəfi baxışa bənzəyir.[2] Hər ikisi ziddiyyətlərin vəhdəti və tarazlığı üzərində qurulub. Universal dixotomik fəlsəfə olan Daoizm, səma-yer ikiliyinə əsaslanan Türk kosmoqonik anlayışını əks etdirdiyinə görə əhəmiyyət qazanmışdır. Qədim Türk kosmoqoniyasını formalaşdıran səma-yer dixotomiyası və onlar arasında insanın mövqeyi daoizmin xinqsanq və çi triadasına çox bənzəyir.[3] Sadəcə, Türk fəlsəfəsində səmanın, göy üzünün ilahiləşdirilməsində mənəvi xarakter, Çin fəlsəfəsində maddiləşdirmə ön plana çıxmışdır. Türk fəlsəfəsində Göy Tanrı maddi səma deyil, yəni adi, gözlə görünən göyə qarşı qoyul­muşdur. “Çinlilər “Göy ruhu” dedikdə, türklər kimi Göy Tanrını nəzərdə tutsalar da, sonralar onu daha çox maddi anlamda qəbul etmişlər”.[4]

Türk və Çin fəlsəfələrinin oxşar cəhətlərindən biri də odur ki, hər iki sistem insanı təbiətdən kənar və ondan üstün hesab etmir. İnsan təbiətin ayrılmaz hissəsidir və təbiət qanunları ilə uyğunluq içində yaşamalıdır. Hər iki fəlsəfə həyatın praktikliyinə, əxlaqa, dövlət idarəçiliyinə və sosial harmoniyaya üstünlük verir.

Türk fəlsəfəsinin Çin fəlsəfəsi ilə üstə-üstə düşməyən əsas cəhətlərindən biri, Türk dünyagörüşündə təkallahlılıq elementləri (Göy Tanrı) və təktanrıçılıq ön plandadır. Çin fəlsəfəsi isə daha çox dünyəvidir; məsələn, Konfutsi təlimi dini ehkamlardan daha çox dünyəvi nizam və dövlətçilik qaydalarını təbliğ edir.[5] Türk təfəkkürü daha çox azadlıq, hərəkət, döyüşkənlik və alp (qəhrəmanlıq) ruhunu ön plana çəkir. Çin fəlsəfəsində isə sakitlik, hərəkətsizlik (Wu-wei / heç nə etməməklə hər şeyi idarə etmək) və itaət prinsipləri hakimdir.[6]

Beləliklə, deyə bilərik ki, bu günə qədər Türk fəlsəfəsi Yunan, Hind, Roma, Çin və digər fəlsəfələrdən fərqli olaraq əsasən dar mənada izah olunub, onun sosial-fəlsəfi mahiyyəti arxa planda qalmışdır. Bir tərəfdən Türklüyün yalnız milliyyətçilik, millətçilik kimi şüurlara yeridilib şovinizm damğası ilə damğalanması, digər tərəfdən ümmətçilər tərəfindən İslamçılıq ideyasına zərbə kimi dəyərləndirilməsi Türk dünyagörüşünün, Türklüyün öz əsil sosial-fəlsəfi mahiyyətini ortaya qoymasında ciddi problemlər yaratmışdır. Üstəlik, zaman-zaman Türk, Türklük, Türkçülüyün siyasi-ideoloji və sosial-fəlsəfə çatısında baş verən məsələlərin mahiyyətini dərindən aydınlaşdırmadığımız üçün, onu hansı yöndən yenidən bərpa etmək yolunu doğru-dürüst müəyyənləşdirə bilməmişik. Bu da, bir gerçək ki, bizim üçün önəmli olan Türk, Türklük, Türkçülük sosial-fəlsəfi sistemindən həm uzaq düşməyimizlə bağlı şüurlarımızda ciddi xaos var, həm də onun siyasi-ideoloji yönü öz ağırlığını qoruyub saxlamaqdadır. Yəni biz keçmişə, dünənimizə baxdıqda “Türk” qavramında əsasən etnosçuluq (gen-qan birliyi), milliyyətçilik axtarıb tapmaq istəyirik. Halbuki bizim, “Türk” qavramına aid keçmişdə axtarıb tapmaq istədiyimiz yalnız bir gen-qan, ya da milliyyətçilik davası olmalı deyil. Bu, ancaq onun bir tərəfi ola bilər, tamamı olamaz. Burada daha çox önəmli olan Türk adı altında var olan böyük bir mədəniyyət, fəlsəfə, dünyagörüş, bir sözlə İNSANLIQ fəlsəfəsidir.

Məlum olduğu kimi, dünya tarixində ən çox dövlət yaradanlar Türk xalqlarıdır. Dövlət qurmaq da fəlsəfi düşüncə, sosial sistem tələb edir ki, bunu da yüksək, ali səviyyəyə malik olan xalq ya da xalqlar edə bilər. Bu anlamda “Türk” sosial-fəlsəfi sisteminə daxil olan topluluqların hansı fəlsəfi, sosioloji, psixoloji, mədəni səviyyəyə malik olması bir daha bəlli olur.

Türkçülük elə bir təlim, dünyəvi və beynəlmiləl bir dünyagörüşdür ki, o, milli məsələdən, milli birlikdən daha geniş anlam daşımaqdadır. Bu anlamda Namiq Kamal Zeybək çox doğru yazır ki, “Türklük bir ruh halıdır. “Türk” tarixin әn böyük varlıqlarından birinin adıdır. Bir böyük kültür və dəyərlər sistemi içində yoğrulmuş insanlar topluluğunun adıdır Türk!..”[7]

Türk, Türklük, Türkçülük anlayışlarının siyasi-ideoloji xarakter kəsb edərək , onun sosial-fəlsəfi bir təlim kimi özünə yer tapmamasında ona aid bir kitabın olmaması çox qabardılır. Bizcə, “Türk” təliminin öz kitabı yoxdur deyib, qəti hökm vermək doğru deyildir. “Türk”ün kitabı bizə ya xalq fəlsəfəsi ilə, ya da ayrı-ayrı kitabların hissələri kimi gəlib çatmışdır. “Türk fəlsəfəsini şərti olaraq üç qrupa bölmək olar: 1) Türk xalq fəlsəfəsi, 2) Türk təsəvvüf fəlsəfəsi, 3) Türk filosoflarının fəlsəfəsi”.[8]

Türk təliminin xalq fəlsəfəsi “Atalar sözü”, “Oğuznamə”lər, “Qorqudnamə”lər və sairdir. Burada “Ata” ya da “Atalar” olaraq bəhs edilən bilgə insanlardır. “Ata” sözü bilgəliyi, filosofluğu, müdrikliyi bildirir. Bu anlamda Türk təliminin əsas kitablarından biri “Atalar sözü” olub xalq fəlsəfəsi kimi geniş yayılıb. Bizcə, Qorqud Ata, Ulu Xan Ata, Oğuz Ata, Qam Ata, Xızır Ata və digərlərinə aid edilənlər də xalq fəlsəfəsidir. Yəni onlar bir bilgə kimi Türk təlimini təbliğ edir, onun mahiyyətini əhaliyə çatdırırdı. Bu anlamda Türk düşüncəsi, Türk mədəniyyəti dedikdə, bütün zamanlarda Türk xalqlarının yaratdıqları abidələrin, əsərlərin nəzərdə tutulması anlaşılandır.[9]

Bizcə, “Ulu Xan Ata”, “Manas”, “Alpamış”, Orxon-Yenisey abidələri və digərləri ən qədim “Türk” kitabının sadəcə bəziləridir. Türk təliminin ən qədim kitabı, elə onun adı ilə bağlı olan “TÜRK”dən başqası ola bilməz. Görünür, “TÜRK” sözünün geniş yayılmasına əsas səbəb də, məhz ilk kitabın bu adla ya da ona sinonim bir isimlə bağlı olmasıdır.

Türk xalqları fəlsəfəsi — minilliklər boyu formalaşan zəngin mədəniyyəti, təbiətə baxışı, kainatı qavrama üsulunu və dünyagörüşünü özündə birləşdirən müstəqil düşüncə sistemidir. Bu fəlsəfi irs Türk xalqlarının milli təfəkkürünü və mənəvi birliyini dərk etmək üçün mühüm əhəmiyyət daşıyır.

Türk fəlsəfi fikri Şərq və Qərb fəlsəfələrindən fərqli, özünəməxsus xətti olan müstəqil dünyagörüşünə dayanır. Türk xalqları üçün fəlsəfə yalnız nəzəriyyə deyil, həm də həyat tərzinin və ortaq mənəvi dəyərlərin gerçək ifadəsidir. Türk fəlsəfəsində insan təbiətdən ayrı yox, onun bir parçası və tamamlayıcısı kimi qəbul edilir. Cəmiyyətin, dövlətin və ailənin əxlaqi əsasları, ədalət və humanizm prinsipləri yüksək dəyərləndirilir.

Ümid edirik ki, bu yazılar Türk fəlsəfəsinin dünya müstəvisindəki yerini daha aydın şəkildə göstərəcək, Türk xalqlarının mədəni özünüdərk prosesinə töhfə verəcək və yeni araşdırmalar üçün stimul yaradacaq. Ən əsası Türk xalqları fəlsəfəsi haqqında ciddi bir dönüşə səbəb olacağına inamımız vardır. Bu günə qədər Türk dünyasında Türk fəlsəfəsi istiqamətində aparılan işləri qiymətləndirməklə yanaşı, ortada olan parakəndəliklərin, sistemsizliklərin aradan qaldırılması baxımından bu kitabın bir yol açacağına inanırıq.

Bir sözlə, Türk fəlsəfəsini – Türk xalqları fəlsəfəsini yazmaqda əsas məqsədimiz bir tərəfdən Türk fəlsəfəsini dünyada oturuşmuş bir hala gətirmək, digər tərəfdən Türk birliyinin fəlsəfi əsaslarını ortaya qoymaqdır.

[1] Güler Mehmet. Çince ve Çin Kültürü ile Türk Dili ve Kültürü Arasındaki Benzerlik ve Yakınlıklar. Dil Araştırmaları. Yıl:17, Dönem: 2023-Güz, Sayı: 33, s.160-161

[2] Gökalp Ziya. Türk Medeniyeti Tarihi. Istanbul, Bilgeoğuz, 2013, s.50-51

[3] Esin Emel. Türk Kozmolojisine Giriş. İstanbul: Kabalcı, 2001, s.23

[4] Qumilyov Lev. Qədim türklər. Bakı, Gənclik, 1993, s.100

[5] Konfuçyus. Konuşmalar (Lun-Yu). Ankara, Alter yayınları, 2014, s.15-19

[6] Yenə orada, s.26-27

[7] Zeybək, Namiq Kamal. Türk olmaq. Bakı AzAtaM, 2007, s.8

[8] Mədətoğlu Aydın. Türklərdə fəlsəfi dünyagörüş və Türk filosofları. Bakı, Alatoran, 2021, s.5

[9] Zakirqızı (Məmmədova) Aytək. Türk düşüncəsi və Türkçülük tarixi haqqında. Bakı, “Elm və təhsil”, 2014, s.196


OXŞAR XƏBƏRLƏR

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

08:15

Türküstan coğrafiyasını Avropaya bağlayan yola bir nəzər

08:00

Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir

4 Sentyabr 10:59

Hərəkət – ritm – yaddaş – həyat!..

1 Sentyabr 14:12

Həyat bəzən yağış damlaları altında rəqs etməkdir, dostum...

1 Sentyabr 12:46

Haqq yolunda, istiqlal amalında - Mirmahmud Mirəlioğlu - 70

1 Sentyabr 10:00

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

1 Sentyabr 09:45

Tarixin möhürü – Böyük Hun İmperiyası

1 Sentyabr 09:30

Bir daha Himnimiz haqqında

1 Sentyabr 09:15

Səfəvilərdən Qızılbaşlara

1 Sentyabr 08:30

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

1 Sentyabr 08:15

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

1 Sentyabr 08:00

Fazil Mustafa: CƏHALƏT DƏLLALLIĞI

29 Avqust 17:37

MƏKKƏDƏN XƏZƏRƏ: Yeni Avrasiya nizamı yaranır?

27 Avqust 16:33

Coğrafi yüksəklikdən dövlətçilik zirvəsinə – LAÇIN

26 Avqust 10:35

Badruddin Maqomedov: Qumuq poeziyasından türk dünyasına yüksələn səs

25 Avqust 11:00

Albanlar: Tarixi yaddaş, kimlik və Qafqaz Albaniyası məsələsinə yeni baxış

25 Avqust 10:45

Sözə, yurda və milli yaddaşa sədaqət

25 Avqust 10:30

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Azərbaycanın məşhur rejissoru vəfat etdi

02:06

Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır

7 Sentyabr 23:23

İpoteka Fondunun yeni sədri kimdir? - DOSYE

7 Sentyabr 14:18

Xudayarın anası: Hamısını məhkəməyə verib, təzminat alacağam

7 Sentyabr 11:23

Şükür Həmidov və Bərxudarovun döyüşlərdən yeni kadrları – video

7 Sentyabr 09:44

Trampın xüsusi elçiləri Kiyevə gəldilər: Zelenski ilə görüşdülər - FOTO/VİDEO

6 Sentyabr 15:37

SON XƏBƏRLƏR

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

08:30

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

08:15

Türküstan coğrafiyasını Avropaya bağlayan yola bir nəzər

08:00

Azərbaycanın məşhur rejissoru vəfat etdi

02:06

Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır

7 Sentyabr 23:23

"Biz qalib olacağımıza çox inanırdıq"

7 Sentyabr 22:52

“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum

7 Sentyabr 22:08

Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?

7 Sentyabr 21:40

Moskva-Kiyev danışıqları dalana dirəndi: Sülh ümidləri yenə puç oldu? - ŞƏRH

7 Sentyabr 21:25

Torpağın üstündə yeni həyat, altında ölüm: Qarabağ minalardan nə vaxt xilas olacaq?

7 Sentyabr 21:00

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

7 Sentyabr 20:57

Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO

7 Sentyabr 20:50

İspaniya: AfD-nin qələbəsi dünyaya bir xəbərdarlıqdır

7 Sentyabr 20:41

Ərdoğan: “Heç kimin əməliyyat keçirməsinə icazə verməyəcəyik”

7 Sentyabr 20:22

Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO

7 Sentyabr 18:45

İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"

7 Sentyabr 18:33

Ciddi xəbərdarlıq: Yuxusuzluq Alzheimer riskini artırır

7 Sentyabr 18:23

“Nəfəs 360" – Kistoz fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid dairəsi” layihəsi yekunlaşıb

7 Sentyabr 18:13

Merz istefa vermədi, islahatlar vəd etdi

7 Sentyabr 18:00

Laçında mina və PHS-dən zərərçəkmiş şəxslərlə layihə çərçivəsində sonuncu psixososial dəstək görüşü keçirilib

7 Sentyabr 18:00

Ağdamda mina və PHS-dən zərərçəkmiş şəxslərlə layihə çərçivəsində sonuncu psixososial dəstək görüşü keçirilib

7 Sentyabr 17:54

Əhməd Davudoğlu ifadə verdi: “Sözlərimin üstündə dururam”

7 Sentyabr 17:34

İsraildə seçki yarışı qızışır: Netanyahu rəqibindən geri qalır

7 Sentyabr 17:26

Moskva və Kiyevdə əsas müzakirə mövzusu nə olub?

7 Sentyabr 17:22

Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - VİDEO

7 Sentyabr 17:06

Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

7 Sentyabr 16:57

Çin təyyarələri Yaponiya sahillərində: qırıcılar havaya qalxdı

7 Sentyabr 16:50

Kreml açıqladı: Üçtərəfli danışıqlar yenidən başlaya bilər

7 Sentyabr 16:34

İlham Mirzəyev infarkt keçirib – Mərkəzi Klinikadan AÇIQLAMA

7 Sentyabr 16:34

Pensiyalarla bağlı ŞAD XƏBƏR: bu qədər artım olacaq – Nazirlikdən AÇIQLAMA

7 Sentyabr 16:15

2027-ci ildə universitet oxumadan öyrənilə biləcək ən perspektivli ixtisaslar – SİYAHI

7 Sentyabr 15:50

İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı

7 Sentyabr 15:42

Keçmiş deputatın oğlu yüksək vəzifədən çıxarıldı - DOSYE

7 Sentyabr 15:29

İşdə bunları edənlər cəzalandırılacaq - Nazirlikdən sərt xəbərdarlıq

7 Sentyabr 15:27

Katz Fələstinə qarşı genişmiqyaslı hücumla hədələdi

7 Sentyabr 15:22

Rusiya: Almaniya yenə müharibə istəyir

7 Sentyabr 15:03

Rusiya Ukraynanın 1700 əsgərini mühasirəyə salıb

7 Sentyabr 14:58

İki liderin soyuqluğunun ŞOK səbəbi

7 Sentyabr 14:43

Kreml: Putin sülhə doğru kiçik addım atdı

7 Sentyabr 14:26

İpoteka Fondunun yeni sədri kimdir? - DOSYE

7 Sentyabr 14:18

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

İran Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanını təhdid etdi

10 Avqust 10:26

Hörmüz böhranında İran uduzur, bu ölkələr isə... – Neft bazarında yeni BEŞLİK

9 Avqust 10:02

İranın Trampla “qumar oyunu”: Tehran vaxt qazanmaq istəyir

10 Avqust 17:09

Bakıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş olub? - RƏSMİ

10 Avqust 09:24

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

11 Avqust 23:12

Lionel Messinin atası vəfat edib

8 Avqust 15:16

ABŞ və İran 60 günlük atəşkəsin uzadılmasına razılaşdı

12 Avqust 13:37

SON XƏBƏR: Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi - VİDEO

17 Avqust 13:40

Donor olmaq həyat verməkdir: Rövşən Hüseynov orqan donorluğunun əhəmiyyətindən danışıb

8 Avqust 12:42

“Rəşadı ürəyindən vurublar” - Qabil Hüseynli NƏLƏR DANIŞDI

13 Avqust 17:40

Tramp İrana qarşı yeni tələb irəli sürdü: “Təzminat ödəməlidir”

11 Avqust 10:05

Ukrayna Rusiya ilə razılaşa bilər: Üç mümkün ssenari...

9 Avqust 10:11

Daşkənddə TARİXİ SƏNƏD imzalandı

23 Avqust 17:50

Daşların arasında bitən bənövşə

23 Avqust 15:16



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью