Türk xalqları ortaq dəyərlərə doğru | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar ilə görüşüb.
Görüş zamanı tərəflər Türk Akademiyası ilə Türkiyədəki təhsil müəssisələri arasında elmi əməkdaşlıq imkanlarını və türk xalqlarının ortaq mədəni irsinin təbliği məsələsini müzakirə ediblər.
Akademik Şahin Mustafayev türkologiya elminin inkişafı və Türk dünyasında elmi birliklərin inteqrasiyasının gücləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.
Erol Özvar akademiyanın fəaliyyətini yüksək qiymətləndirib və akademik əməkdaşlığın genişləndirilməsi səylərini dəstəkləyib.
Qabil YUSİFOĞLUXQ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu