Türk yığmasının sabiq üzvü öldü, azərbaycanlı saxlanıldı

23.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Samsun şəhərində baş verən yol-nəqliyyat hadisəsinə görə Azərbaycan vətəndaşı saxlanılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, park edilən yük maşınının arxasına çırpılan motosikletin sürücüsü Ümid Can Turan həlak olub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Turanın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qəzada dünyasını dəyişən sürücü vaxtilə Türkiyənin badminton üzrə millisinin üzvü olub və son vaxtlar kuryer işləyib.

Xəbərdə bildirilir ki, baş verən hadisə ilə əlaqədar sabiq idmançının motosikletinin çırpıldığı yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı Nadir S. saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью